1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) əcnəbilərə verilən elektron giriş vizalarının etibarlılıq müddətinin 60 gündən 120 günə qədər artırılmasını təklif edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə qanunvericiliyə müvafiq dəyişikliklərə dair izahat qeydində bildirilir.
"Rusiya Federasiyasına giriş və Rusiya Federasiyasından çıxış qaydası haqqında" qanuna dəyişiklik edilməsi haqqında federal qanun layihəsində bir elektron vizanın qüvvədə olma müddətinin 60 gündən 120 günə, habelə xarici vətəndaşın Rusiya Federasiyasında icazə verilən qalma müddətinin 16 gündən 30 günə qədər artırılması nəzərdə tutulur", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyada vahid elektron viza sistemi 2023-cü il avqustun 1-dən fəaliyyət göstərir.