AZ

“Azərbaycan Hava Yolları” QSC-nin ixrac gəlirləri 2 dəfəyə yaxın artıb

Cari ilin yanvar-fevral aylarında “Azərbaycan Hava Yolları” QSC-nin ixrac gəlirləri 1,9 milyon ABŞ dolları təşkil edib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın mart sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 900 min ABŞ dolları və ya 90% çoxdur.

Belə ki, 2024-cü il yanvar-fevral aylarında “Azərbaycan Hava Yolları” QSC-nin ixrac gəlirləri 1 milyon ABŞ dolları idi.

Seçilən
97
48
fed.az

10Mənbələr