AZ

Trampın yeni rüsumlarının əsas sürprizi açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp ölkəyə avtomobillərin, avtomobil hissələrinin və nə qədər qəribə olsa da, bütün kompüter avadanlıqlarının idxalına 25% gömrük rüsumunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, "Reuters"in sənəddəki tarif kodlarının təhlilinə istinadən verdiyi məlumata görə, yeni rüsumlar təxminən 600 milyard dollar dəyərində idxal olunan məhsullara təsir edəcək.
Fərmana əsasən, aprelin 3-dən avtomobil idxalına 25% rüsum tətbiq edilir. Eyni tariflər mayın 3-dən gec olmayaraq avtomobil komponentləri, o cümlədən mühərriklər, transmissiyalar, akkumulyatorlar və hətta daha ucuz hissələr - şinlər, amortizatorlar, naqillər və əyləc şlanqları üçün də qüvvəyə minəcək. Yeni rüsumlar mövcud tarifləri tamamlayacaq.
Lakin ən böyük sürpriz ABŞ-yə bütün kompüter idxalını əhatə edən tarif kodunun fərmana daxil edilməsi olub. Siyahıyaalma Bürosunun məlumatına görə, kompüter avadanlığı idxal olunan malların ən böyük kateqoriyalarından biridir və 2024-cü ildə onun dövriyyəsi 138,5 milyard dollar təşkil edib.
Avtomobil istehsalçıları hər bir məhsulda ABŞ komponentlərinin payına dair sənədləri təqdim etməklə güzəştli rejim əldə edə biləcəklər. O zaman 25%-lik rüsum yalnız ABŞ-dən kənarda istehsal olunan avtomobil hissəsinə və ya komponentinə şamil ediləcək.
Seçilən
137
3
oxu.az

10Mənbələr