AZ

Trampdan qərar: Siyahıda Azərbaycan da var...

  ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı Fərman imzalayıb.

Referans xəbər verir ki, tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var.

Belə ki, ölkəmiz üçün minimal 10 % həcmində gömrük rüsumu müəyyən edilib.

Həmçinin Tramp yeni tətbiq edilən rüsumlarla əlaqədar ABŞ-də aprelin 2-ni “Qurtuluş günü” elan edib.

Qeyd edək ki, ABŞ hökuməti Çindən idxala 34%, Avropa İttifaqına isə 20% həcmində gömrük rüsumları tətbiq edəcək.  


Seçilən
215
18
referans.az

10Mənbələr