1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin maliyyə naziri Skott Bessent beynəlxalq ictimaiyyəti Tramp Administrasiyasının bu yaxınlarda elan etdiyi tariflərə qarşı cavab tədbirləri görməkdən çəkinməyə çağırıb.
Oxu.Az bu barədə "Fox News" telekanalına istinadən xəbər verir.
"Hazırda hər bir ölkəyə məsləhətim ondan ibarətdir ki, cavab tədbiri görməyin. Rahat olun, qəbul edin, görək necə olacaq. Çünki siz cavab tədbiri görsəniz, vəziyyət kəskinləşəcək", - deyə Bessent vurğulayıb.
Xatırladaq ki, aprelin 2-də Prezident Donald Tramp idxal olunan mallara minimum 10% gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. ABŞ lideri ayrı-ayrı ölkələr üçün fərdi tariflər təyin edib.