AZ

Paşinyandan etiraf: "Sürücülük vəsiqəmi imtahansız almışam"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistan hökumətinin son iclası zamanı baş nazir Nikol Paşinyanın gözlənilməz açıqlaması ictimaiyyətin kəskin reaksiyasına səbəb olub.
Oxu.Az xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin rəhbəri vaxtında sürücülük vəsiqəsini imtahan vermədən aldığını etiraf edib.
Maraqlıdır ki, bu fakt ölkədəki kadr çatışmazlığının müzakirəsi fonunda ortaya çıxıb. Paşinyan bir çox sürücülərin vəsiqələrini düzgün almadığını qeyd edib və buna misal olaraq öz təcrübəsini göstərib.
"Təbii ki, rüşvət verməmişəm. Lisenziyamı alanda məşhur jurnalist idim. Diz çöküb yalvarsam belə, imtahandan keçməyə imkan verməzdilər", - deyə baş nazir vurğulayıb.
Ermənistan liderinin sözlərinə görə, hələ imtahan şöbəsinə çatmamış ona sürücülük vəsiqəsi verilib.
"300 metr aralıdan mənə yaxınlaşıb vəsiqəni verdilər və oradan mümükün qədər tez uzaqlaşmağımı istədilər", - deyə Paşinyan şok təfərrüatları paylaşıb.
Seçilən
181
50
oxu.az

10Mənbələr