AZ

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3145 nəfərə çatdı

  Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3145 nəfərə çatıb.

Referans.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, 4589 nəfər yaralanıb, 221 nəfər itkin düşüb.

Məlumata görə, Myanma fövqəladə hallar xidmətləri hələ də digər ölkələrin xilasediciləri ilə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

İndiyədək dağıntılar altından 653 nəfər xilas edilib, 626 nəfərin cəsədi çıxarılıb./teleqraf  

Seçilən
182
50
referans.az

10Mənbələr