Qlobal investisiya bankı "Goldman Sachs" tarif artımı və OPEC+ı hasilatı artırması səbəbindən həm Brent, həm də ABŞ xam nefti üçün qiymət proqnozlarını azaldıb.
Marja xəbər verir ki, qlobal bank neftin qiyməti ilə bağlı proqnozunu 5 dollar/barel azaldıb.
"Bizim illik orta proqnozumuz 2025-ci ildə Brent/ABŞ xam nefti üçün 69/66 dollar və 2026-cı ildə 62/59 dollardır. Daha yüksək tənəzzül riski səbəbindən volatilliyin yüksək səviyyədə qalacağına görə, biz artıq bir diapazon proqnozlaşdırmırıq", - investisiya bankının analitikləri bildiriblər.
Dünən OPEC+ may ayında neft hasilatını artırmaq planına sadiq qaldığını açıqladığı üçün, neft qiymətləri kəskin düşdü. Xəbərdən sonra Brent markalı neftin qiyməti 6% azalaraq 70 dollar/barel səviyyələrinə gerilədi. Trampın tariflərinə əlavə olaraq, OPEC+-ın may ayında hasilatı gündəlik 411 min barel artıracağı barədə açıqlaması kotirovkalara təzyiq göstərməkdə davam edir. Bu gün Brent nefti 1,1% də ucuzlaşaraq 69,38% səviyyəsinə geriləyib (Bakı vaxtı ilə saa 09:15-ə olan məlumat).