AZ

Azərbaycan neftinin qiyməti 5 dollara yaxın ucuzlaşıb

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə4,89 ABŞ dolları və ya 6,23% azalaraq, 73,49 dollar/barel təşkiledib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 4,81 dollar və ya 6,27%ucuzlaşaraq 71,81 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 5,4 dollar və ya 8,7% artaraq, 56,6 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftinqiyməti əvvəlki göstərici ilə müqayisədə 4,9 dollar və ya 6,33%azalaraq 72,49 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
109
49
az.trend.az

10Mənbələr