AZ

Sabah hava necə olacaq?

Bakı. Trend:

Aprelin 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər vəaxşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyiəsəcək.

Havanın temperaturu gecə +10 dərəcədən +13 dərəcəyədək, gündüz+15 dərəcədən +20 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civəsütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %,gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşəkçaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətliintensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qarakeçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərbküləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +9 dərəcədən +13 dərəcəyədək, gündüz+20 dərəcədən +25 dərəcəyədək, dağlarda gecə +2 dərəcədən +7dərəcəyədək, gündüz +12 dərəcədən +17 dərəcəyədək olacaq.

Seçilən
59
49
az.trend.az

10Mənbələr