1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Biz bir daha Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və işğal zamanı Azərbaycan ərazisinə kütləvi şəkildə yerləşdirilən minalarla bağlı dəqiq məlumat verməyə çağırırıq".
Oxu.Az xəbər verir ki, bu fikir, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki paylaşımında yer alıb.
Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında mina qurbanlarının hüquqlarının tanınması istiqamətində mühüm addım atılıb.
Paylaşımda qeyd olunub ki, bu gün, Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizlənməsinə Yardım Günündə qəbul edilən qətnamə dünya miqyasında milyonlarla mina qurbanının pozulmuş hüquqlarının tanınması və bərpası yolu ilə qlobal minalarla mübarizəyə tarixi yeni səviyyəyə çatmaq üçün yol açır.
Important step in recognition of rights of land-mine victims at @UN_HRC.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 4, 2025
As an original co-sponsor Azerbaijan welcomes the adoption of the resolution “The Impact of Anti-Personnel Mines on the Full Enjoyment of All Human Rights” at #HRC58.
Adopted today, on International Day…