AZ

Papua - Yeni Qvineya sahillərində 7,2 maqnitudalı zəlzələ olub

Papua - Yeni Qvineyaya aid Yeni Britaniya adasının sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb...

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 18,8 min insanın yaşadığı Kimbe şəhərindən (Yeni Britaniya adası) 185 km şimal-şərqdə, zəlzələ ocağı 49 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Poliqon.info

Seçilən
205
50
poliqon.info

10Mənbələr