Premyer Liqanın 29-cu turu çərçivəsində “Qarabağ” ilə “Zirə” arasında aprelin 6-da keçiriləcək oyunun biletləri satışdafır.
Sportinfo.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
Biletlər saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq. Qarşılaşma saat 19:30-da başlayacaq.