AZ

Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı çatıb - Yenilənib + Fotolar 

Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı çatıb...

“Report”un Ağdərə rayonuna ezam olunan əməkdaşının verdiyi məlumata görə, sakinlərə daimi yaşamaları üçün məntəqədə fərdi evlər verilib. 

Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində 20 ailə köçürülüb. Bu mərhələdən sonra Suqovuşana köçürülən ailələrin sayı 73-ə çatdırılıb

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Plana uyğun olaraq, bu gün Ağdərə rayonunin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosunun Ağdərəyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu mərhələdə kəndə 53 ailə - 174 nəfər köçürülür.

Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Poliqon.info

Seçilən
127
23
poliqon.info

10Mənbələr