Türkiyənin tanınmış aktyoru Əhməd Levendoğlu 80 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə onun sənət dostu Yıldırım Şahinler məlumat yayıb.
Aktyorun hansı səbəbdən öldüyü bəlli deyil. O, aprelin 8-də dəfn olunacaq.
Qeyd edək ki, A.Levendolu “Min bir gecə”, “Kiçik qadınlar”, “Qara çörək” kimi teleseriallarda rol alıb.