AZ

ABŞ Yəmənin paytaxtına aviazərbələr endirib

Bakı, 7 aprel, AZƏRTAC

ABŞ-ın Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənaya aviasiya zərbələri endirib.

AZƏRTAC xəbər verir ki, “Al-Masira” telekanalı aviazərbələr nəticəsində ölən və yaralananlar barədə məlumat yayıb.

Telekanalın məlumatına görə, 4 nəfər həlak olub. Şuub rayonunda yaşayış binasının vurulması nəticəsində 11-i qadın və biri uşaq olmaqla 25 nəfər xəsarət alıb. Yəmən Səhiyyə Nazirliyi də bu məlumatı təsdiqləyib

Martın 15-də Prezident Donald Tramp ABŞ ordusuna Yəməndəki husi üsyançılarına ağır zərbələr endirməyi əmr etdiyini bildirmişdi. “The New York Times” qəzeti isə aprelin 4-də yazıb ki, Birləşmiş Ştatlar indiyədək husilərin hərbi potensialına yalnız orta dərəcədə ziyan vura bilib.

Seçilən
247
33
azertag.az

10Mənbələr