AZ

Azərbaycan çempionu ÇL-də daha bir potensial rəqibini tanıdı - VİDEO

“Srvena Zvezda” ardıcıl səkkizinci dəfə Serbiya çempionu olub.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatının 30-cu turunda evdə OFK ilə qarşılaşıb və rəqibinə 3:1 qalib gəlib.

Çempionatın bitməsinə 7 tur qalmış komanda 86 xal toplayıb, “Partizan”ı 23 xal qabaqlayıb. Belədə, “Srvena Zvezda” çempionluğunu rəsmiləşdirib.

Serbiyanın ən titullu klubu üçün bu, artıq tarixdə 36-cı və ardıcıl səkkizinci çempionluqdur.

Bu klub Çempionlar Liqasında ölkəsini təmsil edəcək.

Seçilən
242
49
sportinfo.az

10Mənbələr