AZ

Azərbaycan pambıq ixracını azaldıb, idxalı artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 28,4 milyon ABŞ dolları dəyərində 18,6 min ton pambıq ixrac edilib.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verirlib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni ayındakı göstərici ilə müqayisədə dəyər ifadəsində 9,8 milyon ABŞ dolları və ya 25,7%, həcm baxımından isə 5,4 min ton və ya 22,4% azdır.

Eyni zamanda hesabat dövründə Azərbaycana 1,6 milyon ABŞ dolları dəyərində pambıq idxal edilib ki, bu da 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 87 min ABŞ dolları və ya 5,6% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Fuad Mədətov
Finss.az

Seçilən
161
48
fins.az

10Mənbələr