AZ

İtaliyadan Azərbaycan iqtisadiyyatına yatırımlar 7,9 dəfə artıb

2024-cü ildə İtaliyanın Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyaların həcmi 6,803 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 5,938 milyon ABŞ dolları və ya 7,9 dəfə artım deməkdir. Beləliklə, ötən il İtaliyadan Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların ümumi investisiya həcmi daxilində payı 0,1% olub.

Digər tərəfdən, Azərbaycanın İtaliya iqtisadiyyatına yatırdığı sərmayələrdə də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, ötən il 72,379 milyon ABŞ dolları məbləğində sərmayə yatırılıb. Bu da 2023-cü ilin analoji göstəricisi ilə müqayisədə 38,934 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur. İtaliyaya yönəldilən bu sərmayələrin ümumi investisiyalar həcmi daxilində xüsusi çəkisi 4,1% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə İtaliyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi cəmi 865 min ABŞ dolları, Azərbaycandan İtaliyaya isə 33,445 milyon ABŞ dolları olmuşdu.

Ümumilikdə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcmi 7,046 milyard ABŞ dolları olub. Bu göstərici 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Bununla yanaşı, hesabat ili ərzində Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəldilmiş birbaşa investisiyaların ümumi həcmi 1,762 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.

Fuad Mədətov
Finss.az

Seçilən
166
48
fins.az

10Mənbələr