ABŞ ordusu bu gün səhər saatlarından etibarən Yəmənin paytaxtı Səna, eləcə də Marib və Əl-Hüdeydə əyalətlərinə 22 hava zərbəsi endirib.
Publika.az xəbər verir ki, bu barədə "İrna" xəbər agentliyi məlumat yayıb.
Son həftələrdə ABŞ ordusu Yəmənin müxtəlif bölgələrində hava hücumlarının intensivliyini əhəmiyyətli dərəcədə artırıb.
Bu əməliyyatlar Yəmən ordusu və xalqının Fələstin əhalisinə verdiyi dəstəyə görə həyata keçirilib.