AZ

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Bakı, TurkicWorld

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,49 ABŞ dolları və ya 0,72% azalaraq, 67,65 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,44 dollar və ya 0,66% ucuzlaşaraq 66,09 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,01 dollar və ya 0,01% azalaraq, 50,49 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,49 dollar və ya 0,73% azalaraq 66,19 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
126
45
turkic.world

10Mənbələr