Aprelin 10-da ölkə ərazisində avtomat, qumbara atan və tapançalar aşkar ediblər.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları aprelin 10-da ölkə ərazisində avtomat, qumbara atan və tapançalar aşkar ediblər.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Belə ki, aprelin 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 1 qumbara, 4 tüfəng, 5 patron darağı və 255 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.