Rusiya müharibənin 1142-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 660 təyyarəsi, 283 helikopteri, 50 812 PUA-sı, 601 zenit-raket kompleksi, 22 752 tank və digər zirehli texnikası, 1 534 reaktiv yaylım atəş sistemi, 23 434 artilleriya və minaatanı, 33 876 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.