Almaniyanın "Siemens" konserninin İspaniya üzrə filialının rəhbəri Auqustin Eskobar Nyu-Yorkda Hadson çayına düşən helikopter qəzası nəticəsində həyatını itirib.
Milli.Az xəbər verir ki, hadisə zamanı onun həyat yoldaşı və üç övladı da həlak olub.
Nyu-York meri Erik Adams helikopter qəzasında ümumilikdə altı nəfərin həyatını itirdiyini təsdiqləyib.
Qeyd edək ki, Nyu-Yorkda helikopter Hadson çayına düşüb, hadisə nəticəsində 6 nəfər həlak olub. /APA
Milli.Az