AZ

Vladimir Bolya: "Azərbaycan Moldovanın ticarət tərəfdaşları arasında 57-ci yeri tutub"

Azərbaycan ötən il Moldovanın ticarət tərəfdaşları arasında 57-ci yeri tutub.

“Report” xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolya bu gün Bakıda keçirilən Azərbaycan-Moldova biznes forumunda bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin cari göstəriciləri hər iki tərəfin qeyd etdiyi müsbət dinamikanı əks etdirir:

"Moldova Milli Statistika Bürosunun məlumatlarına görə, Moldova ilə Azərbaycan arasında ikitərəfli ticarətin həcmi (2024-cü ildə Dnestr çayının sol sahilindəki və Bender bələdiyyəsindəki müəssisələr istisna olmaqla) 12 milyon ABŞ dolları təşkil edib. Bunun 6,75 milyon ABŞ dolları Moldovadan ixracın, 5,64 milyon ABŞ dolları Azərbaycandan idxalın payına düşüb. Azərbaycan Moldovanın ticarət tərəfdaşları arasında 57-ci yeri tutub. Bu, ticari-iqtisadi əməkdaşlığın aktivləşdirilməsinin və onun potensialının hər iki ölkənin maraqlarına uyğun açılmasının zəruriliyini göstərir".

Baş nazirin müavini vurğulayıb ki, bugünkü biznes forumun əsas vəzifələrindən biri bu münasibətləri möhkəmləndirməkdir.

Seçilən
106
48
report.az

10Mənbələr