AZ

Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə0,45 ABŞ dolları və ya 0,68% artaraq, 66,61 dollar/barel təşkiledib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,29 dollar və ya 0,45%bahalaşaraq, 64,83 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,49 dollar və ya 0,97% artaraq, 50,75 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 0,53 dollar və ya 0,81%bahalaşaraq 65,97 dollar/barel təşkil edib.

Aprelin 12-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Seçilən
81
45
az.trend.az

10Mənbələr