Tacikistanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Turkustan.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Xocənd şəhərindən 171 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
***
Tacikistan Hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, zəlzələnin episentrində 17 yaşayış binası və bir məktəb qismən dağılıb.