AZ

Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin mart ayında Türkmənistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq 15 milyon 750 min 49 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Türkmənistana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq,37 milyon 92 min 71 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 7 milyon 773 min 310 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 2 milyon 729 min 594 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 30 milyon 469 min 748 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Seçilən
61
49
turkic.world

10Mənbələr