Azərbaycan Premyer Liqasında XXXI turun təyinatları müəyyənləşib.
Msport.az xəbər verir ki, həftəsonu keçiriləcək oyunları idarə edəcək hakimlər açıqlanıb.
Turun ən prinsipial matçı “Qarabağ”la “Neftçi” arasında olacaq. Azərbaycan derbisi Elçin Məsiyevə tapşırılıb.
Digər FIFA referisi Əliyar Ağayev isə avrokuboklara iddia edən “Araz-Naxçıvan”la “Turan Tovuz”un duelində iş başında olacaq.
Azərbaycan Premyer Liqası
XXXI tur
18 aprel
19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Liv Bona Dea Arena”
19 aprel
17:30. “Sabah” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
“Bank Respublika Arena”
20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu
20 aprel
16:30. “Şamaxı” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
Zirə İK stadionu