AZ

Türkiyədən Qazaxıstana elektrik ixracı artıb

Bakı. Trend:

Türkiyə 2025-cü ilin mart ayında Qazaxıstana elektrik ixracını2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 10 milyon962 min 17 dollara çatdırıb.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumatverilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Qazaxıstanaelektrik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,9 faizartaraq, 28 milyon 943 min 63 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyəninelektrik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb,4 milyon 791 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 1 milyon 481 min 583 dollarməbləğində elektrik ixrac edib ki, bu da keçən ilin mart ayı iləmüqayisədə 1,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə16 milyon 716 min 527 dollar məbləğində elektrik ixrac edib.

Məqalədə:
Seçilən
82
12
az.trend.az

10Mənbələr