AZ

“Tramp prezident seçilərsə, Ukraynanı dəstəkləyəcək...”

...Donald Tramp Ukraynaya hərbi yardımın prinsipial əleyhdarı deyil və o, Ağ Evin təklif etdiyi paketi seçki səbəblərinə görə əngəlləyir.

...Ukrayna kredit şərtləri ilə yardım ala bilər, bu o qədər də pis variant deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bufikri ABŞ-ın Avropa İttifaqındakı keçmiş səfiri Qordon Sondlend“Forbes Ukraine”jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, təcrid ritorikasına baxmayaraq, Trampın özü təcridçi deyil və Ukraynanın ruslar tərəfindən işğalını heç də xəyal etmir.

Diplomat əmindir ki, Ukraynaya hərbi yardımın qarşısını almaq Baydenə qarşı seçki mübarizəsinin bir hissəsidir.

...Təəssüf ki, bu, onun bəzi tərəfdarlarını sevindirmək üçün bir kampaniya oyunudur.

Bunu deyən Sondlendinfikrincə, Trampın Ukraynaya faizsiz kredit şərtləri ilə yardım göstərmək üçün təklif etdiyi variant “həvəsləndirici əlamətdir”. Bu kreditin, konkret ödəmə müddəti olmayacaq, sadəcə şərt olacaq - Ukrayna varlanan və borcunu qaytara bilən kimi...

Təbii ki, bu, Ukrayna hökumətinin diqqət etməli olduğu vacib siqnaldır. Mən əminəm ki, Tramp prezident seçilərsə, seçki kampaniyası zamanı dediklərinin əksinə olaraq, Ukraynanı dəstəkləyəcək.

Bunu deyən eks-səfirə görə, kredit formatı respublikaçılar arasında ən böyük təcridçiləri qane etmək üçün hazırlanmış "saxta örtükdür".Belə ki, onlar hiss etsinlər ki, Ukraynaya təkcə pul vermirlər, həm də borc verirlər. Sonda kredit qaytarılmasa belə...

...Ukraynaya yardımın bu formatı Bayden tərəfindən irəli sürülən qrant yardımından daha çox Konqresdən keçmək şansına malikdir.

Bunu da sabiq diplomat əlavə edib.

Ağasəf Babayev

Seçilən
116
50
Mənbələr
Şərh ()
Bağla