AZ

Gürcüstan prezidenti ölkədəki etirazçıları DƏSTƏKLƏDİ

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə parlament binası qarşısında xarici agentlər haqqında qanuna etiraz edən etirazçıları dəstəkləyib.

Bizim.Media xəbər verir ki, ölkə başçısı bu barədə sosial şəbəkə hesabında yazıb.

Zurabişvili polisi ölkənin Avropa gələcəyini müdafiə edən insanları həbs etməkdə ittiham edib.
Qeyd edək ki, Gürcüstanda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq parlament binası qarşısında nümayiş keçirilir.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
50
Mənbələr
Şərh ()
Bağla