AZ

ABŞ İranla müharibəyə getmək istəmədiyini bəyan edib

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evin İranla müharibə və regional münaqişənin genişlənməsini istəmədiyini bildirib. Bu barədə AFN.az xarici mediaya istinadən xəbər verir.Kirbi vurğulayıb ki, ABŞ İranın hava hücumuna İsrailin mümkün cavabını hazırlamaqda iştirak etmir. Onun sözlərinə görə, İsrail hələ müvafiq qərar qəbul etməyib, ona görə də onlar növbəti addımlarını müzakirə edirlər.

Seçilən
170
27
Mənbələr
Şərh ()
Bağla