AZ

Zelenski: "Rusiyanın hücumlarına tab gətirmək üçün silah-sursatımız yoxdur"

Zelenski:

"Rusiyanın hücumlarına tab gətirmək üçün yetərincə silah-sursatımız yoxdur. Buna görə də qarşı tərəf bizi hər gün daha da geri çəkilməyə məcbur edəcək".

Bunu ABŞ-nin PBS telekanalına Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

O, həmçinin ölkəsinin danışıqlara hazır olduğunu deyib. Bildirib ki, onların müzakirələr aparacağı tərəf Rusiya olmayacaq. Çünki rəsmi Moskva bundan dəfələrlə imtina edib:

“Onların bəyanatları, eləcə də kəşfiyyat məlumatları bunu deməyə əsas verir. Biz başa düşürük ki, Rusiya prezidenti Vladimir Putin bizimlə danışıqlar masasına oturmağa hazır deyil. Çünki Putin üçün istənilən danışıq qələbə anlamına gəlmir”.

Ukrayna lideri əlavə edib ki, hazırda ordunun nəzarətindəki ərazilərin effektiv müdafiəsi üçün ordu Rusiya silahlı qüvvələrinin hərbi təchizat səviyyəsinə çatdırılmalıdır.

"Bu o deməkdir ki, məsələn Rusiya tərəfinin 10 ədəd gülləsi varsa, bizdə də eyni sayda mərmi olmalıdır. Daha sonra irəliləmək üçün daha müasir silahlara ehtiyacımız var. Söhbət həm də hava məkanının qorunması məqsədilə istifadə olunan sistemlərdən gedir. Hərbçilərin irəliləməsi üçün uçuşlara qoyduğumuz məhdudiyyəti rahatlıqla aradan qaldıra bilməliyik”.

V. Zelenski əlavə edib ki, avropalı tərəfdaşların dəstəyi dayandırması Ukraynanın məğlubiyyəti deməkdir:

“Hazırda artilleriya mərmiləri arasındakı fərq belədir: Tutaq ki, bizim 1 mərmimiz varsa, Rusiyada bu say 10 ədəddir. Bu cür fərqlə qarşı tərəfin hücumlarına davam gətirmək mümkündürmü? Biz Qərbdən 500 qırıcı istəmirik. Yeri gəlmişkən, Rusiyanın malik olduğu qırıcılardan sadəcə 300 ədədi Ukrayna ərazisində istifadə olunur. Biz sabahı düşünməli olsaq da, növbəti ilin hadisələrindən hər kəs xəbərsizdir. Ölkəmizə hansı formada dəstək veriləcəyindən xəbərsizik”, - V. Zelenski belə deyib(APA).
Seçilən
121
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19309
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18997
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18049
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17350
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15853
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15778
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15491
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15083
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11595
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11135
"Zaur, yenə çaşdın..." - VİDEO
8745
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7829
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7286
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7222
Minimum əmək haqqı nə qədər arta bilər?
6962
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
6899
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6758
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5961
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5645