AZ

Zelenski: Rusiyanın hücumlarına buna görə tab gətirə bilmirik

Tarix: 16 Aprel 2024 15:50

Rusiyanın hücumlarına tab gətirmək üçün yetərincə silah-sursatımız yoxdur. Buna görə də qarşı tərəf bizi hər gün daha da geri çəkilməyə məcbur edəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ-nin PBS telekanalına Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, həmçinin ölkəsinin danışıqlara hazır olduğunu deyib. Bildirib ki, onların müzakirələr aparacağı tərəf Rusiya olmayacaq. Çünki rəsmi Moskva bundan dəfələrlə imtina edib:
"Onların bəyanatları, eləcə də kəşfiyyat məlumatları bunu deməyə əsas verir. Biz başa düşürük ki, Rusiya Prezidenti Vladimir Putin bizimlə danışıqlar masasına oturmağa hazır deyil. Çünki Putin üçün istənilən danışıq qələbə anlamına gəlmir".
Ukrayna lideri əlavə edib ki, hazırda ordunun nəzarətindəki ərazilərin effektiv müdafiəsi üçün ordu Rusiya silahlı qüvvələrinin hərbi təchizat səviyyəsinə çatdırılmalıdır.
"Bu o deməkdir ki, məsələn Rusiya tərəfinin 10 ədəd gülləsi varsa, bizdə də eyni sayda mərmi olmalıdır. Daha sonra irəliləmək üçün daha müasir silahlara ehtiyacımız var. Söhbət həm də hava məkanının qorunması məqsədilə istifadə olunan sistemlərdən gedir. Hərbçilərin irəliləməsi üçün uçuşlara qoyduğumuz məhdudiyyəti rahatlıqla aradan qaldıra bilməliyik".



V. Zelenski əlavə edib ki, avropalı tərəfdaşların dəstəyi dayandırması Ukraynanın məğlubiyyəti deməkdir:
"Hazırda artilleriya mərmiləri arasındakı fərq belədir: Tutaq ki, bizim 1 mərmimiz varsa, Rusiyada bu say 10 ədəddir. Bu cür fərqlə qarşı tərəfin hücumlarına davam gətirmək mümkündürmü? Biz Qərbdən 500 qırıcı istəmirik. Yeri gəlmişkən, Rusiyanın malik olduğu qırıcılardan sadəcə 300 ədədi Ukrayna ərazisində istifadə olunur. Biz sabahı düşünməli olsaq da, növbəti ilin hadisələrindən hər kəs xəbərsizdir. Ölkəmizə hansı formada dəstək veriləcəyindən xəbərsizik", V. Zelenski belə deyib.
Milli.Az

Seçilən
112
35
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18135
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17514
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16753
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15246
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14210
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
12785
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12563
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
11707
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10702
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10411
"Zaur, yenə çaşdın..." - VİDEO
8428
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7311
Minimum əmək haqqı nə qədər arta bilər?
6605
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6452
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6090
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5204
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5161
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4809
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4369