AZ

Kəmalə Aşumova: “Uşağın türməyə yönəldirilməsi o uşaqları cəmiyyətimizə qaytarmayacaqdır”

“Təəssüflər olsun ki, biz keyslərdə də işlədikcə adətən rastlaşırıq. birbaşa xidməti göstəririk və xidməti göstərəndə uşaqların və ailələrin ümumi qiymətləndirilməsi aparılır, onlar dinlənilir, onların yaşayış, təhsil səviyyəsi, ətraf mühitlə, cəmiyyətlə ünsiyyəti və s. öyrənilir. Təəssüflər olsun ki, aşkarlayırıq ki, bu cür uşaqlar cəmiyyətdən kənarlaşdırılır, təhsildən yavaş-yavaş yayındıqca onların ümumiyyətlə təhsilə cəlb edilməsində problemlər var”.
Bu sözləri "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova bildirib. Onun sözlərinə görə, təhsil ocağı, ya kadr çatışmamazlığından, uşaq psixoloqlarının zəif olmasının və yaxud da müvafiq qanunvericilik bazasının təkmil və işlək üzərində boşluqlar olduğundan uşaqlara yavaş-yavaş travmalar yaşadılır, onlar təhsildən kənarlaşdırılır, ailələrlə iş aparılmır, qurumlar uşaqlarla reabilitasiya işi apara bilmir və bu nəticədə də uşaqların cəmiyyətdə özlərini lazımsız hiss etməsinə gətirib çıxarır: “Onlar prinsipial olaraq və yaxud ailələrində, məktəblərdə gördüyü zorakılıqlar nəticəsində görürlər ki, müdafiə, dəstək, qayğı yoxdur, böyüklərdən ətraf mühitdən görmək istədikləri və hiss etmək istədiklərini görməyəndə, almayanda onlar artıq başlayıb, prinsipial olaraq cəmiyyətdə bu addımları atırlar. Ona görə də bizim əsas məqsədimiz, işimiz uşaqlara diqqətin artırılması, onların başına gələn hər hansı xırda işlərdə günahlandırılmaması, əksinə onların düzgün maarifləndirərək, onlarla psixoloq, sosial işçilərin, hüquqşünasların birgə fəaliyyətini qurmaqla, uşaqlarla mütəmadi təmasda olan məktəb, təhsil ocağı və ailə, valideynlərin birgə cəlb edilməsi ilə uşaqların reabilitasiya keçdikdən sonra cəmiyyətə reinteqrasiyasını təmin etmək olacaqdır. Amma bizim mərkəzlər haqqında, rayonlardakı mərkəzlər haqqında insanlar bilgili olmur, məlumatı artırmaq lazımdır. Dövlət qurumlarının məlumatını artırmaq lazımdır ki, qurumlar bilsin belə bir mərkəzlər var və bu mərkəzlərlə işləmək lazımdır”.
Kəmalə Aşumova həmçinin qeyd edib ki, ilk anlarda uşaqlar, hansılar ki, profilaktik qeydiyyata götürülür, polis idarələrində onların reabilitasiya mərkəzlərinə yönləndirilməsi həyata keçirilməlidir: “Nəinki araşdırma, müstəntiq intervyusu, məhkəməyə yönləndirmə, prokurorluğa yönləndirmə, icra hakimiyyətinə yönləndirmə bunlar hamısı paralel getməlidir. Reabilitasiya olmayan yerdə araşdırma, cinayət işinin aparılması, məhkəmənin aparılması və sonunda uşağın türməyə yönəldilməsi o uşaqları cəmiyyətimizə qaytarmayacaqdır. Ona görə də biz bu işdə birgə ələ verib, birgə çalışmağımız vacibdir ki, hər hansı bir müsbət nəticə əldə edə bilər”.
Qeyd edək ki, müasir texnologiyalar çox vaxt uşaqların davranışlarına mənfi təsir göstərir. Yeniyetmələr arasında cinayətlərin artmasının əsas səbəbi valideyn, uşaq və məktəb arasında qurulmuş əməkdaşlığın olmamasıdır. Bütün valideynlər övladı üçün daşımalı olduqları məsuliyyətin dərəcəsini bilmir. Düşünürlər ki, onu hər şeylə təmin etmək kifayətdir, amma ünsiyyət qurmurlar, necə yaşadığını, necə yaşadığını bilmirlər. Nəticədə uşaq özünü ailəyə lazımsız hiss edir və gəlib problemlərini onlarla bölüşə bilmir. Və məktəbdə onu narahat edən şeylər barədə danışacaq heç kim yoxdur və müəllimlər yalnız dərslərdən nəticə gözləyirlər və hamısı budur. Hüquq pozuntusu törətmiş uşaqlarla işləmək - onları islah etmək, lazımi nəzarəti həyata keçirmək və cəmiyyətə inteqrasiya etmək lazımdır.
 
 
Pərvanə Fərhadqızı

Seçilən
208
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17595
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
15476
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12592
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7749
May ayında Azərbaycana qar yağdı - VİDEO
7547
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6887
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6828
Sabah 20 dərəcə isti olacaq
6045
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5709
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5649
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5509
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5485
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5391
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5176
Bu yol qovşağında təmir işləri aparılacaq
5155
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4687
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4565
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4501
Azərbaycan nefti ucuzlaşıb
4341
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4264