AZ

Ukraynanın Çerniqov şəhərinə ağır hücum - FOTOREPORTAJ

Ötən gecədən gündüz saatlarına qədər Ukraynanın Kiyev, Sumı və Çerniqov vilayətlərinə Rusiya ordusu tərəfindən geniş hava hücumları baş tutub. Saatlarla davam edən hava həyəcan siqnalları fonunda hücumların bir qisminin qarşısı alınsa da, Belarus və Rusiya ilə sərhəd Çerniqov vilayətlərində geniş dağıntılar baş verib.

Çerniqov vilayəti Hərbi administrasiyasından "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, şəhərin mərkəzinə yaxın enerji stansiyalarına edilən hücum cəhdi ətrafdakı mülki obyektlərin dağılması ilə nəticələnib. Axşam saatlarına qədər son məlumata görə, 14 nəfər mülki, 1 nəfər polis xanım həlak olub, 60 nəfər isə yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi İlya Elaş "Report"a kütləvi hücumlar ilə bağlı bildirib ki, səhər saatlarında hücum geniş olub: "Düşmən Rusiya ərazisindən Ukraynanın Çerniqov şəhərinə hücum edib. Çerniqov Rusiya ilə sərhədə yaxın ərazidə yerləşir. Mülki infrastruktur obyektlərindən birinə raketlərlə zərbələr endirilib. Hazırda həmin raketlərin növləri müəyyənləşdirilir".

Rəsmi əlavə edib ki, belə hücumların qarşısının alınması ilə bağlı çətinlik ondan ibarətdir ki, bu raketlərin buraxıldığı yer Ukrayna ərazisinə çox yaxındır: "Bundan əlavə, biz daim hava məkanında düşmənin döyüş təyyarələrini, onların Ukrayna ilə sərhədləri yaxınlığında fəaliyyətini aşkar edirik. Buraya SU-34, SU-35 döyüş təyyarələri daxildir. Bunlar Zaporojye, Xarkov kimi cəbhəyanı şəhərlərin, həmçinin Donetsk vilayətinin şəhərlərinin bombalanmasında istifadə olunur. Ümumiyyətlə, Hərbi Hava Qüvvələri daim hava məkanına nəzarət edir və malik olduqları qüvvə və vasitələrlə onlara verilən tapşırığı yerinə yetirir".

Qeyd edək, səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin isə Krımın Canköy ərazisində yerləşən Rusiya hərbi bazasına ağır zərbələr endirib, tələfat var.

Seçilən
263
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15313
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15230
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15071
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12761
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11366
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9115
"Zaur, yenə çaşdın..." - VİDEO
7722
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5860
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5355
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4647
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4567
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4168
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4092
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3882
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3147
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3124
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2893
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2888
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2736