AZ

CASUS QALMAQALI - Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Aprelin 18-də Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Bildnəşri mənbələrinə istinadən yazıb.

Buna səbəb Bavariyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən iki nəfərin saxlanılması olub.

"Xarici işlər naziri Annalena Barbok Rusiya səfirini XİN-ə çağırıb. Bu addım Bavariyada casusluqda şübhəli bilinən iki nəfərin həbsindən sonra atılıb", - deyə nəşr yazır.

Bundan əvvəl Almaniya Baş Prokurorluğu Rusiyanın xeyrinə gizli kəşfiyyat fəaliyyəti aparmaqda şübhəli bilinən iki nəfərin saxlandığını təsdiqləyib.

Rusiyanın Berlindəki səfirliyindən “İzvestiya”ya verilən məlumata görə, diplomatik nümayəndəliyə Rusiya vətəndaşlarının Almaniyada saxlanması barədə bildiriş daxil olmayıb.

Xatırladaq ki, aprelin 18-də "Der Spiegel" Almaniyada Rusiya Federasiyasının xeyrinə casusluq etdiyi iddia edilən iki nəfərin saxlanılması barədə məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlardan biri ABŞ-ın Almaniyadakı hərbi obyektlərini araşdırıb və fotoşəkillərini çəkib

Musavat.com

Seçilən
147
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3361
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3208
Bu yol qovşağında təmir işləri aparılacaq
2674
Bakıda hoteldə yanğın başlayıb
2280
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1381
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1376
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1248
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1232
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1071
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1055
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
879
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
837
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
801
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
782
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
762
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
744
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
735
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
718
Sabah 5 kəndin qazı kəsiləcək
691
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
678