AZ

ABŞ Fələstinin BMT-yə tam üzvlüyünü tələb edən qətnamə layihəsinə veto qoyub

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamə layihəsinə veto qoyub. Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Fələstinin BMT-yə tam üzv olmasını tələb edən qətnamə layihəsi Əlcəzair tərəfindən 15 üzvdən ibarət BMT TŞ-də səsverməyə çıxarılıb. ABŞ-ın “yox” deyə səs verdiyi qanun layihəsi 2 “bitərəf” və 12 “hə” səsi alıb. Böyük Britaniya və İsveçrə “bitərəf” qaldığı halda, Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Sierra Leone, Mozambik, Cənubi Koreya və Yaponiya “bəli” deyə səs verib. Qətnamə layihəsinin qəbulu üçün 5 daimi üzvdən heç biri “xeyr” və ümumilikdə 9 “hə” səsinin alınması lazım idi. Qətnamə layihəsinin mətnində “Fələstinin BMT Baş Assambleyasının tamhüquqlu üzvü kimi qəbul edilməsi tövsiyə olunur” ifadələri yer alıb. Fələstin 2011-ci ildə BMT-yə tamhüquqlu üzv olmaq üçün müraciət etsə də, BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi ala bilməyib. Fələstin 2012-ci ildə BMT-də “daimi müşahidəçi statusu” qazanıb. Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də verdiyi bəyanatda BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək, üzvlük müraciətlərinə yenidən baxılmasını istəyib. Quterreş aprelin 3-də BMT Təhlükəsizlik Şurasına məktub yazaraq Fələstinin tələbinin gündəmə gətirilməsini istəyib. BMT TŞ aprelin 8-də Fələstinin tələbini “Yeni Üzvlərin Qəbulu Komitəsi”nə göndərib. Üzvlüklə bağlı BMT Təhlükəsizlik Şurasına qayıtmalı olan Komitə iki iclasdan sonra razılığa gələ bilmədiyini açıqlayıb. Bunun ardınca Əlcəzair Fələstinin üzvlüyünə dair qətnamə layihəsini müzakirəyə çıxarıb. Qadir, Bizimyol.info

Seçilən
183
46
Mənbələr
Şərh ()
Bağla