AZ

Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - “Kaspi”nin TƏHLİLİ + FOTO

Aprel ayında Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri erməni mediasında son yüz ilin tarixi uğuru kimi dəyərləndirilsə də, hakim partiyada ciddi narazılıqların olduğu üzə çıxıb. Palaz-palaz yazılar, nəticələr və uğurlar barədə ekspert rəyləri, hakim partiya nümayəndələrinin sərsəm açıqlamaları da görüşün o qədər də ürəkaçan olmadığından xəbər verir.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

“Soyuq duş” effekti

Məlum olur ki, Nikol Qərbə kabab iyinə getsə də, qoltuğunun altında qarpız geri dönüb. Bu, Ermənistandakı qərbpərəstlər və hakim komanda üçün “soyuq duş” effekti yaradıb. Rusiyapərəst qanad isə bu nəticələri bayram kimi qeyd etmək qərarına gəlib.

Brüssel görüşündə Ermənistana növbəti dörd il üçün cəmi 335 milyon avro məbləğində pul dəstəyi vədi verilib. Məbləğ “Mülki müqavilə”də ciddi çaxnaşmaya səbəb olub. Məsələ ondadır ki, görüşdən əvvəl partiya nümayəndələri ən azı iki milyard avroya ümid edirdilər və demək olar ki, buna əmin idilər. Bu pulla erməni dövləti Qafqazın Sinqapuruna çevrilməli idi.

Müqayisə üçün bildirək ki, təkcə cari ilin ilk iki ayı ərzində Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 2.1 milyard dollar olub.

Artıq “Mülki müqavilə”nin bir sıra üzvləri Qərbin onların fədakarlığını qiymətləndirmədiyini bildirir və aylardır Rusiyanı tənqid etdiklərinə, 44 günlük müharibədən sonra rəsmi İrəvanın bütün günahlarını strateji müttəfiqlərinin üzərinə yıxdıqlarına görə, dərin peşmançılıq hissi keçirirlər. Erməni KİV-lərində yayılan məlumata əsasən, hakimiyyət çevrələri bir-birinə təsəlli verir, ümid edirlər ki, Paşinyan gizli razılaşmalar əldə edib. Yaxın zamanlarda ciddi məbləğlərin ölkəyə transferi müşahidə ediləcək.

Dörd kəndin yaratdığı çat

Eyni zamanda qeyd etmək yerinə düşər ki, son günlər dörd kəndin Azərbaycana qaytarılması məsələsində də hakim partiyada çatlar yaranıb. Rəsmilər müsahibə və söhbətlərində baş nazirin tezislərini təkrarlamaq məcburiyyətində qalıblar. Amma onun qərarları komandada birmənalı qarşılanmır. Çünki hökumət başçısı bu gün dediyi fikri sabah təkzib edir. Ona görə də artıq partiyada xarici siyasətdə kəskin dəyişiklik məsələsi ilə bağlı qeyri-müəyyən vəziyyət yaranıb. Bu qeyri-müəyyənlik parlamentdəki fraksiya daxilində də vəziyyəti gərginləşdirib. Hakimiyyət deputatlarının hər biri özünü lider kimi təsdiqləməyə və öz ideyası ətrafında başqalarını birləşdirməyə çalışır. Bir sözlə, mövqelərini gücləndirmək üçün komanda daxilində öz komandasını yaradır.

Suya düşən ümidlər

Partiya nümayəndələrini narazı salan məqamlardan biri də rəsmi təbliğat və qərbpərəstlərin Brüsseldə dönüş olacağı, Ermənistanla təhlükəsizlik paktı imzalanacağı, Avropa İttifaqına üzvlüyə namizəd olmaq üçün danışıqların başlayacağı fonunu yaratması idi. Eyni zamanda, Avropa vizası ilə bağlı müəyyən müsbət irəliləyişlər də gözlənilirdi. Amma sonunda məlum oldu ki, yuxarıda sadalananlardan heç biri görüşdə müzakirə edilməyib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər nazirinin müavini Vahan Kostanyan isə bu məsələdən əvvəlcədən xəbərdar olduqları üçün partiyadaşlarını xəbərdar edərək, Brüsseldə əsasən iqtisadi məsələlərin müzakirə ediləcəyini bildirmişdilər. Amma “Mülki müqavilə” üzvləri onlara inanmayaraq, Brüssel görüşünün əsl dönüş olacağına inanmaqda davam ediblər.

Ermənistana verilən tapşırıqlar

Ermənistanda baş verən hadisələrin analizi sübut edir ki, Paşinyan Brüsseldə ABŞ və Aİ qarşısında öhdəliklər də götürüb. Bu öhdəliklərdən biri də Rusiya ilə yaxın əlaqəsi olan bütün şəxslərin vəzifədən uzaqlaşdırılmasıdır. Bağlı qapılar arxasında baş nazirə bildirilib ki, vəsait və dəstək yalnız etibar etdikləri insanlara verilə bilər. Bu isə erməni siyasi elitasında rusiyayönlü qanadın başı üzərində qara buludların toplaşmasından xəbər verir. Avropa İttifaqının bir sıra məmurlarının erməni təhlükəsizlik orqanları ilə bağlı ciddi narahatlıqları var və onlardan qurtulmaq tələb edilib. Bu sırada Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Asryanın adı qeyd edilir.

Brüssel görüşünün Azərbaycan üçün nəticələrinə gəldikdə isə, Blinken və fon der Lyayenin görüşdən əvvəl Prezident İlham Əliyevə zəng etmələri elə bir çox mətləbdən xəbər verir. Bu telefon zəngləri bir daha sübut edir ki, regionun lideri Azərbaycandır və istənilən məsələdə Bakıya hesabat verilməli, onun mövqeyi diqqətə alınmalıdır. Avropa ilə enerji sahəsində əməkdaşlığın bundan sonra daha da inkişaf etdiriləcəyi ilə bağlı fikirlər də buna sübutdur. Bununla da Azərbaycan Ermənistana bir daha sübut etdi ki, kiminsə qoltuğunun altında yaşamaq ən çirkin siyasətdir. Belə siyasəti yürüdənlər Brüsselə kabab iyinə gedib tulapayı ilə geri qayıdaraq siyasi elitada çaxnaşmaya səbəb olmaqdan başqa yol tanımırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24284
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13631
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11708
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8204
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5970
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5780
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5590
Rəisi öldü, Pakistanda matəm elan edildi
5574
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4009
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3824
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3749
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3579
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3358
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3132
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2788
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2566