AZ

Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir

Rusiya ordusu Avdeyevkanın şimal-qərbində Ukrayna cəbhəsini yarıb.

Axar.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Nəşr bildirir ki, Rusiya Silahlı Qüvvələri dəmir yolu ilə Ukrayna mövqelərinə 3 km irəliləyərək Oçeretino kəndinə daxil olub. Ukrayna Silahlı Qüvvələri bir neçə ay ərzində bu istiqamətdə müdafiəni uğurla həyata keçirib. İndi isə ukraynalı müdafiəçilər naməlum səbəbdən mövqelərini tərk ediblər.

Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadası artıq Oçeretinoya göndərilib və rus ordusunun ön dəstəsi ilə döyüşə başlayıb. Yaxınlıqdakı Novokalinovo kəndi uğrunda şiddətli döyüşlər gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
38
Mənbələr
Şərh ()
Bağla