AZ

"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev

"Öncə istərdim ki, xalqımızı, cənab prezidenti, birinci vitse-prezidenti, hörmətli sədr, sizi və Yeni Azərbaycan Partiyasından olan həmkarlarımı xüsusilə təbrik edim. Biz, həqiqətən də 1991-ci ildəki sərhədləri, ərazi bütövlüyümüzü bərpa etmişik”.
 
Moderator.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
 
Millət vəkili bildirib ki, bu çox böyük tarixi bir nailiyyətdir:
 
“Özümə borc bildim ki, hakim partiyanı bu münasibətlə təbrik edim. Ona görə ki, hər bir siyasi partiya üçün, ölkəni yönəldən siyasi qüvvə üçün bu doğurdan da böyük bir şərəfdir.
 
Vaxtilə Azərbaycan Xalq Cəbhəsi Qarabağ hərəkatından yarananda qarşısına iki əsas məqsəd qoymuşdu. Birincisi ölkənin ərazi bütövlüyünü təmin eləmək, ikincisi isə müstəqilliyə nail olmaq. Biz, müstəqilliyə nail olsaq da, Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyini bərpa edə bilmədik. Bu missiyanı Yeni Azərbaycan Partiyası yerinə yetirdi. Ona görə əlbəttə Yeni Azərbaycan Partiyasına mən öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Hörmətli sədr! Onu da qeyd etməyi özümə borc bilirəm ki, biz, bu parlament tribunasından növbəti dəfə Ermənistana müraciət etməliyik ki, onlar Azərbayacana qarşı düşmənçilik siyasətinə son qoymalıdırlar. Naxçıvana gediş-gəlişi təmin etməlidirlər. Bu ölkənin gələcəyi Azərbaycanla, qardaş Türkiyə ilə dostluqdan, kommunikasiya xətlərinin açılmasından keçir. Bölgənin gələcək inkişafı və Ermənistanın bir dövlət kimi mövcudluğu, əmin-amanlıq içərisində yaşaması qonşuları ilə normal münasibətlər qurmasından keçir. Ermənistan xalqı, Ermənistan siyasi rəhbərliyi bunu nə qədər tez başa düşsə, bu, bölgənin inkişafına bir o qədər böyük təkan vermiş olacaq.
 
Mən, eyni zamanda düşünürəm ki, həm də qonşu, müəyyən mənada da bizim elə az qala əhalisinin yarısı Azərbaycan türkləri olduğu üçün türk dövləti saydığımız İran İslam Respublikası da Azərbaycana münasibətdə öz siyasətini dəyişməlidir. Onların rəsmiləri, səfirləri Azərbaycan xalqını qıcıqlandıran, münasibətlərimizə zərər verən açıqlamalardan çəkinməlidirlər. Necə ki, Ermənistanın Azərbaycana münasibətdə yürütdütyü düşmənçilik siyasəti heç bir nəticə vermədi, İranın da Azərbaycana münasibətdə yürütdüyü bu bəzi hallarda təzyiq, bəzən gözdənsalma, daxilimzədki ayrı-ayrı qruplardan istifadə etmək məqəsədi ilə müəyyən təxribatlar törətmək cəhdləri də heç bir nəticə verməyəcək. Ona görə İran da nəqədər tez düz yola qayıtsa, bir o qədər yaxşıdır”.
 
Seçilən
91
28
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18088
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17500
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16713
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15209
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14137
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
12413
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12412
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
11468
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10664
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10334
"Zaur, yenə çaşdın..." - VİDEO
8416
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7288
Minimum əmək haqqı nə qədər arta bilər?
6595
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6386
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6035
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5158
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5131
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4800
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4255