AZ

KİV: ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi yardım paketi hazırlayır

ABŞ Senatında Ukrayna üçün əlavə büdcə ayırmaları ilə bağlı qanun layihəsinə baxılarkən Birləşmiş Ştatlar administrasiyası Kiyevə 1 milyard dollarlıq hərbi yardım paketi hazırlayır. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.Onların sözlərinə görə, hakimiyyət bu həftə Senatda qəbul ediləcəyi və ABŞ prezidenti Co Bayden tərəfindən imzalanacağı gözlənilən qanun layihəsinin vəsaitindən istifadə edəcək.Yardım paketinə nəqliyyat vasitələri, insan-portativ hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatı, HIMARS reaktiv yaylım atəş sistemi, 155 mm-lik artilleriya sursatları, TOW və Javelin tank əleyhinə raketlər və "dərhal döyüş meydanında istifadə edilə bilən" digər silahlar daxildir. Pentaqon hələlik bununla bağlı sorğuya cavab verməyib.Aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiqi haqqında qanun layihələri təsdiqlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
Mənbələr
Şərh ()
Bağla