AZ

PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir

Fransanın PSJ klubu bu yay "Barselona"nın 16 yaşlı vingeri Lamin Yamalı almaq niyyətini dəyişməyib və onun üçün 200 milyon avro ödəməyə hazırdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Yamal Fransa nəhənginin qarşıdan gələn transfer pəncərəsi üçün əsas prioritet hədəfləri siyahısındadır.

PSJ Yamalı mövsümün sonunda klubu tərk edəcək hücumçu Kilian Mbappenin əvəzedicisi kimi görür.
Xatırladaq ki, Yamal "Barselona"nın məzunudur. Bu mövsüm o, bütün yarışlarda 44 matçda iştirak edib, bu matçlarda altı qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
35
Mənbələr
Şərh ()
Bağla