AZ

Bu ölkələr Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ: Yeni müharibə?

Məlum olduğu kimi, aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib. 

Musavat.com xəbər verir ki, Azərbaycan liderinin açıqlamaları dünya mediasında gündəmə gətirilib. 

Türkiyənin nüfuzlu "Anadolu Ajansı" "Əliyev sərhəddəki təhlükəni açıqladı! 3 ölkə Ermənistanı Azərbaycana qarşı silahlandırır" başlıqlı yazı dərc edib. 

Agentlik Azərbaycan Prezidenti İlham Əliyevin sərhəddə yeni təhlükənin olduğu barədə açıqlamalarına diqqət çəkib: 

"Əliyev deyib ki, Fransa, Hindistan və Yunanıstan Ermənistanı Azərbaycana qarşı silahlandırır. Azərbaycan 1994-cü ildən erməni ünsürlərinin işğalı altında olan Qarabağdakı torpaqlarını Türkiyənin dəstəyi ilə Ermənistandan azad edib. Ermənistan 1988-ci ildə I Qarabağ müharibəsi zamanı işğal etdiyi 4 kəndi Azərbaycana verməyə razılaşdığı halda, Azərbaycan prezidenti İlham Əliyev qapıda yeni müharibə təhlükəsinə diqqət çəkib. Əliyev Fransa, Hindistan və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı silahlandırdığını elan etdi". 

Nəşr İlham Əliyevin aşağıdakı fikirlərindən sitat gətirib: 

"Biz sülh müqaviləsi imzalamağa həmişəkindən daha yaxınıq. İşğal zamanı heç vaxt buna yaxın olmamışıq. O zaman biz, hətta əsas prinsiplər barədə razılığa gələ bilmirdik. İndi sülh müqaviləsinin necə olması barədə ümumi anlayışımız var. Biz sadəcə təfərrüatları işləməliyik. Bu məsələ 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamədə (Rusiya, Azərbaycan və Ermənistan arasında) qeyd olunub. Bəli, orada Zəngəzur dəhlizi termini yer almayıb, lakin Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında yol əlaqəsinin olacağı və bu yolun təhlükəsizliyinin rus qoşunları tərəfindən təmin ediləcəyi yazılır. Ermənistan 3 ildən artıqdır ki, bu maddəni pozur. Onlar Naxçıvanla yol əlaqəsinin yaradılmasına mane olurlar. 

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır. Bunu açıq şəkildə edirlər və hətta bizə nəyisə sübut etməyə çalışırlar. Biz də oturub gözləyə bilmərik. Biz bu münasibəti Ermənistan hakimiyyətinə və bu gün Ermənistanı qorumağa çalışan tərəflərə açıq şəkildə çatdırdıq. Əgər özümüzə ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq. 

Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik və sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Ermənistanın yaxınlaşması və Azərbaycanla Ermənistan arasında normallaşma paralel aparılmalıdır. Həm bizim, həm də Türkiyə prezidentinin mövqeyi bu istiqamətdədir”. 


Telegram kanalımız
Seçilən
163
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4195
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3756
Bu yol qovşağında təmir işləri aparılacaq
3288
Bakıda hoteldə yanğın başlayıb
2828
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1933
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1777
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1584
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1580
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1548
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1382
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1352
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1263
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1246
Azərbaycan nefti ucuzlaşıb
1186
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1038
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1028
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1011
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1009
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
967
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
914