AZ

Bakı-Quba yolunda “Shacman” körpüyə çırpıldı - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Quba yolunun Yaşma qəsəbəsindən keçən hissəsində "Shacman" markalı yük maşını qəza törədib.

Bununla bağlı video sosial şəbəkədə yayımlanıb.  

Qəza zamanı yük maşını körpüyə çırpılıb. Hadisəyə səbəb kimi sürücünün maşını yük yeri yuxarı vəziyyətdə idarə etməsi göstərilir. 

Qəza nəticəsində körpüyə və yük avtomobilinə ciddi ziyan dəyib.

Milli.Az bildirir ki, bununla bağlı, Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.

Məlumatda qeyd olunur ki, hadisə Bakı-Quba yolunun 46-cı kilometrdə qeydə alınıb:

"Sürücü Həsən Muxtar oğlu Həziyevin idarə etdiyi 10-ZF-699 dövlət nömrə nişanlı "Shachman" markalı nəqliyyat vasitəsi körpüyə çırpılıb və üst hissəsi (kabinə) yerindən çıxıb. Hadisə yük maşınında yaranan nasazlıq səbəbindən baş verib. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilməsinə baxmayaraq, bəzi sürücülərin hələ də nəqliyyat vasitələrini nasaz vəziyyətdə idarə etməsinin və nəticədə bu cür arzuolunmaz hadisələrin baş verməsinin şahidi oluruq.

Bir daha bildirmək istəyirik ki, yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər yükdaşıma qaydalarına əsasən apardıqları yükün xüsusi şəkildə qablaşdırılmasına xüsusi diqqət göstərməli və nəqliyyat vasitələrini tam saz formada idarə etməlidirlər ki, sonda bu cür hadisələr baş verməsin".

Videonu təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
115
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17594
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
15129
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12592
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7748
May ayında Azərbaycana qar yağdı - VİDEO
7547
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6887
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6826
Sabah 20 dərəcə isti olacaq
6027
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5684
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5648
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5502
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5485
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5391
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5171
Bu yol qovşağında təmir işləri aparılacaq
5155
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4673
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4546
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4501
Azərbaycan nefti ucuzlaşıb
4336
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4256