AZ

Xavi “Barselona”da qaldı – RƏSMİ

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xavi Ernandes mövsümün sonunda komandadan ayrılmayacaq.

Futbolinfo.az Kataloniya təmsilçisinin rəsmi “X” hesabına istinadən xəbər verir ki, bu barədə klub prezidenti Xuan Laporta açıqlama verib.

“Bu gün Xavinin “Barselona”nın baş məşqçisi kimi davam edəcəyini sizə bildirməkdən məmnunluq duyuram”, – deyə funksioner vurğulayıb.

Xavi daha əvvəl mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla