AZ

idmançımız Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Belə ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda ispaniyalı Fransisko Qarriqosana məğlub olub. Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda görüşdə Türkiyə təmsilçisi Salih Yıldıza uduzub.52 kiloqram çəki dərəcəsində mübariz aparan Aydan Vəliyeva isə bürünc medal qarşılaşmasında macarıstanlı Reka Pupplaya yenilib. Bununla da Azərbaycanın cüdo millisi Avropa çempionatının ilk gününü bir medalla başa vurub.Mətləb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
Mənbələr
Şərh ()
Bağla