AZ

Marketdəki bu qidalardan uzaq durun -

"Son illərdə demək olar ki, əksər insanların, hətta uşaqların da sevərək yediyi çipsi və bu kimi məhsulların nə qədər zərərli olduğunu bilirik. Buna baxmarayaq, marketlərdə ən çox tələbat bu və digər məhsullaradır. Bəs bu məhsulların insan orqanizminə nə kimi ziyanları var?
Mövzu ilə bağlı Metbuat.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, biz azad bazar iqtisadiyyatı şəraitində yaşadığımızı anlamalıyıq:"Sənayeləşmə qloballaşma ilə paralel inkişaf edir. Dünya bazarındakı arzuolunmaz məhsullar bizim bazara da daxil olub. Kapitalizim cəmiyyətinin mahiyyətində yalnız pul qazanmaq dayanır. Bu cəmiyyət xəstədən də, sağlamdan da pul qazanır. Yaxşı ki, Azərbaycan hələ Ümumdünya Ticarət Təşkilatına daxil olmayıb. Onda vəziyyət daha da pisləşəcəkdi.Bu kimi mallar çoxdur. Bizə gələn məlumatlara görə, uşaqların sevə-sevə yediyi "çubuq"ların mənbəyi tullantı çörəkləridir. Valideynlər elə etməlidir ki, uşaqlar ümumiyyətlə belə məhsulların dadını bilməsinlər". Məsələyə münasibət bildirən qida eksperti Məhsəti Hüseynovanın sözlərinə görə, paketlənmiş qidalara onların uzun müddət qalması üçün tərkibinə kimyəvi və təbii qatqı maddələri vurulur:"Bir çox qatqı maddələri var ki, dadlandırıcı, rəngləndirici stalizatorlar şəklində istifadə olunur. Bunların bir çoxu kimyəvi qatqı maddələri olduğuna görə, uzun müddət insan orqanizmi tərəfindən həzm olunmur. Xüsusilə də, 20-25 yaşa qədər olan insanlar üçün daha təhlükəlidir. Çünki bu yaşa qədər insan orqanizmi inkişaf prosesindədir. İnsan inkişaf etdiyi müddətcə tərkibində daha çox təbii vitamin və minerallar olan qidalar qəbul elədikdə, zaman düzgün şəkildə inkişaf edə bilir. Ancaq paketlənmiş, rəf ömrü uzun olan qidalarda bu kimi vitamin və mineral dəyəri az, kimyəvi qatqı daha çox olduğuna görə, orqanizimdə bir çox problemlər yaranır". Məhsəti Hüseynova vurğulayıb ki, xüsusilə çipsi və bu kimi qidalar var ki, bunların tərkibində sintetik mənşəli "Monosodium glutamate" maddəsindən istifadə olunur:"Bu, Çin duzu kimi tanınır. Həmin maddə ağızda ənənəvi dad reseptorunun pozulmasına gətirib çıxardır və asılılıq yaradır ki, onu qəbul edən insanlar davamlı olaraq həmin qidadan qəbul etmək istəyir. Eyni zamanda, tərkibindəki bir çox kimyəvi qatqı maddələrinin olması və gündəlik bu kimi məhsullardan daha çox istifadə olunması, orqanizimdə alergik reaksiyalara qədər gətirib çıxardır. Ona görə yaxşı olar ki, körpələr 8 yaşa qədər, həmçinin 20-25 yaşa qədər insanlar daha çox sağlam və təbii qidalara üstünlük versinlər".

Seyranə Quliyeva / Metbuat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8120
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5248
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5064
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4818
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4579
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3761
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3086
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2790
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2764
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2721
Sabah 20 dərəcə isti olacaq
2667
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2287
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2249
Röyanın biabırçı videosu yayıldı
2188
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2100
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2067
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1836
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1709
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1673
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611