AZ

Növbəti köç karvanı Füzuliyə çatdı

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan vərespublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köçkarvanı Füzuli şəhərinə çatıb.

Trend xəbər verir ki, Füzulişəhəri doğma sakinlərini qarşılamağa davam edir.

Bu gün 39 ailə olmaqla, 140 nəfər Füzuli sakini - Bakışəhərindən 25 ailə (89 nəfər), Abşeron rayonundan 6 ailə (22nəfər), Sumqayıt şəhərindən 4 ailə (11 nəfər), Füzuli rayonundan 2ailə (11 nəfər), Gəncə şəhərindən 1 ailə (5 nəfər), Qazaxrayonundan 1 ailə (2 nəfər) öz yurduna qovuşub.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana,sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibatibinalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülənailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində yolasalınıb, Gəncə şəhəri, Füzuli və Qazax rayonundan yola salınanailələr isə Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanınaqoşularaq bir yerdə hərəkət ediblər.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar,onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Füzuli şəhərində 783 ailənin, yəni 2979 nəfərinməskunlaşması təmin edilib.

Məqalədə:
Seçilən
79
13
Mənbələr
Şərh ()
Bağla